Mühasibat uçotunun əsasları

Mühasibat uçotu nə üçün lazımdır?
Mühasibat uçotu, bir təşkilatın maliyyə vəziyyətini düzgün və şəffaf şəkildə izləmək, idarə etmək və hesabat vermək üçün vacibdir. Mühasibat uçotunun əsas məqsədləri isə maliyyə məlumatlarının təqdimatı, vergi öhdəliklərinin idarə edilməsi, maliyyə nəzarətinin yaradılması , şirkətin daxili idarəetməsinin yönləndirilməsi və qanunvericiliyin tələblərinə əməl edilməsidir.
Qanunun tələbi nədir?
“Mühasibat uçotu haqqında “ Azərbaycan Respublikasının qanununun 3.1 maddəsinə əsasən “ Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Yalnız mikro sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər
Kursun metodologiyası
Kursun metodologiyası, iştirakçılara bilik və bacarıqları effektiv şəkildə ötürmək üçün istifadə olunan yanaşma və üsulları əhatə edir. Kursda nəzəri biliklər hər mövzu üzrə test və məsələlərin həlli ilə möhkəmləndirilir. Hər dörd mövzudan sonra sınaq testləri, təlimin sonunda isə imtahan keçirilir.
Üstünlüklərimiz
• Təcrübə sınaq mərkəzində təcrübə qazanamq
• CV yazılması və müsahibə bacarıqları: İşə qəbul prosesinə hazırlıq.
• Mentor dəstəyi: Təlimdən sonra real iş mühitində dəstək.
• Sertifikatlaşdırma: Təlimi uğurla başa vuranlar üçün rəsmi sertifikat təqdim edilir.
Kursun sonunda sertifikat
Kursun sonunda iştirakçılara "Praktiki Mühasibat Uçotu" üzrə sertifikat təqdim ediləcək. Bu sertifikat, kursu uğurla başa vuran iştirakçılara mühasibatlıq sahəsində dərin bilik və təcrübə qazandıqlarını təsdiqləyir.
Əsas mövzular
-
Mühasibat uçotunun əsasları
-
Müəssisə nədir?
-
Ciddi hesabat blankları ilə uçot
-
Bank hesablarının açılması
-
Hesablar plani, ikili yazılı. T -hesablar
-
Əməliyyatların uçotu
-
Ehtiyatların uçotu
-
Kassa və bank əməliyyatları
-
Yük Gömrük Bəyannamələri
-
Torpaq, tikili və avadanlıqların uçotu
-
Qeyri maddi aktivlərin uçotu
-
Uzunmüddətli debitorlar və kreditorların uçotu
-
Ticarət əməliyyatlarının uçotu
-
Gəlir və xərclərin uçotu
-
Dövriyyə sınaq cədvəllərinin hazırlanması
-
İstehsal məsrəflərinin , maya dəyərinin formalaşması , hazir məhsul və satışım tanınması
-
Əmək haqqının hesablanaması
-
Xəstəlik vərəqəsi və məzuniyyətlərin hesablanamsı
-
Maliyyə Vəziyyəti Hqqında Hesabatın hazırlanması
-
Mənfəət və zərərlər haqqında hesabatın hazırlanması
Kimlər üçün nəzərdə tutulub?
-
Yeni başlayanlar üçün
-
Kiçik və orta biznes sahibləri üçün
-
Mühasibat uçotunu təkmilləşdirmək istəyən mühasiblər
-
Karyera dəyişdirmək istəyənlər
Əlavə məlumatlar
Vaxt
Online/offline
Təcrübə sınaq mərkəzindən sınaq barədə
Məhsulların və ya xidmətlərin keyfiyyətinin yoxlanması üçün müva fiq testlərin aparıldığı bir sınaq ola bilər. Məsələn, bir laboratoriya və ya test mərkəzi məhsulu standartlara uyğun olub -olmadığını müəyyən etmək üçün yoxlaya bilər.
Bizimlə aşağıdaki vasitələrlə əlaqə saxlaya bilərsiniz
Digər təlimlərimiz
Tələbələrimiz
Təlimlərdə iştirak edən tələbələrimizin PMC Academy haqqında düşüncələri