Vergi auditinin aparılması

Vergi auditi — şirkətin vergi uçotu, sənədləşmə və hesabatlıq proseslərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması və potensial risklərin öncədən aşkarlanması məqsədi daşıyır. Bu xidmət sayəsində həm vergi risklərini idarə edə, həm də dövlət yoxlamalarına hazır vəziyyətdə ola bilərsiniz.
Vergi sənədlərinin və hesabatlarının təhlili
ƏDV, mənfəət vergisi, gəlir vergisi, sosial ödənişlər, DSF bəyannamələri və digər vergi hesabatlarının düzgünlüyü və vaxtında təqdim olunması yoxlanılır.
İlkin sənədlərin yoxlanması
Müqavilələr, qaimə-fakturalar, kassa sənədləri, ezamiyyə və təchizat sənədlərinin vergi tələblərinə uyğunluğu qiymətləndirilir.
Vergi risklərinin müəyyən edilməsi və təhlili
Potensial cərimələrə və maliyyə sanksiyalarına səbəb ola biləcək riskli məqamlar aşkarlanır və dəyərləndirilir.
Yoxlama nəticələri üzrə hesabat
Təhlilin nəticəsi olaraq strukturlaşdırılmış vergi audit hesabatı təqdim edilir. Aşkarlanan boşluqlar və uyğunsuzluqlar detallı şəkildə göstərilir.
Təklif və Tədbirlər Planı
Vergi risklərinin aradan qaldırılması və gələcəkdə eyni halların təkrarlanmaması üçün fəaliyyət planı hazırlanır.
- Dövlət vergi yoxlamalarına hazırlıq səviyyəsinin artırılması
- Cərimə və sanksiyaların qarşısının alınması
- Vergi uçotunun şəffaflaşdırılması
- Qanunvericiliyə uyğun fəaliyyət
- Rəhbərliyə risklər barədə məlumatlı qərarvermə imkanı
- Vergi Məcəlləsi və yerli qanunvericiliyin incəliklərinə dərindən bələd mütəxəssislər
- Ədliyyə və audit orqanları ilə işləmə təcrübəsi
- Sadəcə yoxlama deyil — tədbir planı, mentorluq və sonrakı dəstək də daxil edilir