Əmlakın Leqallaşdırılması və Terrorizmin Maliyyələşməsi ilə Mübarizə (ƏL/TMM) üzrə Xidmətlər
Xidmətin Təsviri:

Müasir dövrdə şirkətlərin ƏL/TMM (AML) üzrə qanunvericiliyə uyğun fəaliyyət göstərməsi yalnız hüquqi öhdəlik deyil, eyni zamanda etibarlı və davamlı biznes üçün vacib şərtdir. Bu sahədə sizə tam dəstək göstərərək riskləri minimuma endirməyə və tələblərə uyğun strukturların qurulmasına kömək edirik.

Faydaları

- Qanunvericiliyə tam uyğun fəaliyyət
- ƏL/TMM üzrə səmərəli nəzarət sistemi
- Risklərin erkən aşkarlanması və idarə olunması
- Audit və dövlət yoxlamalarından problemsiz keçmək imkanı
- Brendin reputasiyasının qorunması

Xidmətə Daxildir

ƏL/TMM prosedur və qaydalarının hazırlanması - Şirkətin fəaliyyət sahəsi nəzərə alınmaqla daxili nəzarət sisteminin qurulması üçün qanunvericiliyə uyğun prosedur və siyasətlər hazırlanır.

Məsul şəxsin təyin edilməsi və mentorluq dəstəyi - ƏL/TMM üzrə məsul şəxs (compliance officer) seçilir və onun bu sahədə tam hazır olması üçün davamlı şəkildə təlim, istiqamət və məsləhət dəstəyi göstərilir.

Yoxlama aktı üzrə boşluqların aradan qaldırılması - Dövlət qurumları və ya daxili yoxlamalar nəticəsində aşkarlanan nöqsan və uyğunsuzluqlar təhlil olunur, Tədbirlər Planı hazırlanaraq ardıcıl şəkildə icra olunur.

İnstitusional Risk Qiymətləndirilməsi hesabatının hazırlanması  - Bu hesabat ildə bir dəfə məsul şəxs tərəfindən hazırlanmalı və Müşahidə Şurasına təqdim edilməldiir. Biz həmin hesabatın risk matrisanını qurulmasını və məsul şəxsin öyrədilməsini həyata keçirirk

İşçilərin təlimləndirilməsi - ƏL/TMM sahəsində işçilər üçün praktiki və nəzəri bilikləri əhatə edən təlimlər keçirilir. Təlimlər sektorun spesifik risklərinə uyğun olaraq fərdiləşdirilir.

Niyə məhz biz?

Təsdiqlənmiş təcrübə – Artıq 10-dan çox şirkətə ƏL/TMM üzrə xidmət göstərmişik. Fərqli sahələrdə qazandığımız təcrübə bizə riskləri öncədən müəyyən etməyə və effektiv həll yolları təklif etməyə imkan verir.

Qanunvericiliyə tam uyğunluq – Yerli və beynəlxalq ƏL/TMM tələblərinə tam uyğun prosedur və siyasətlər hazırlayırıq. Müvafiq dövlət orqanlarının tələblərini və praktik yoxlama meyarlarını dərindən bilirik.

Açar-təslim həllər – Yalnız sənədlər deyil, həm də məsul şəxsin mentorluğu, boşluqlar üzrə tədbirlər planı, işçilərin təlimidaxili nəzarət sisteminin tətbiqi daxil olmaqla kompleks yanaşma təqdim edirik.

Sektorlar üzrə təcrübə – Maliyyə, daşınmaz əmlak, hüquq, audit, tikinti və digər sahələrdə fəaliyyət göstərən şirkətlərlə işləmişik. Hər bir sahənin risk profilini nəzərə alırıq.

Operativ və davamlı dəstək – Xidmət yalnız ilkin qurulma ilə məhdudlaşmır. İstəyə uyğun olaraq davamlı müşahidə, məsləhət və yenilənmələr təklif edirik.

Bizimlə aşağıdaki vasitələrlə əlaqə saxlaya bilərsiniz

Təlimlərə müraciət

Təlimlərə müraciət etmək üçün məlumatları əlavə etdikdən sonra sizinlə əlaqə saxlanılacaqdır